Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi axşam və Pakistana səfər planlarının davamında bu ölkənin prezidenti Asif Əli Zərdari ilə görüşündə İran və Pakistan xalqlarının dini, mədəni və sivilizasiya ortaqlıqlarını əlaqələrin möhkəmləndirilməsində və iki ölkə arasında əlaqələrin inkişafı və dərinləşdirilməsi üçün zəmin yaradılmasında mühüm amillər kimi qeyd edib.
Prezident davamında İran İslam Respublikası və Pakistanın yüksək vəzifəli şəxslərinin ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi və səviyyəsinin yüksəldilməsi əzmində olduğunu vurğulayaraq, davamlı sabitlik və təhlükəsizliyin qorunub saxlanmasının iqtisadi əməkdaşlığın reallaşmasının şərtlərindən və tələblərindən biri olduğunu bildirib. İran İslam Respublikasının Pakistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini bildirərək, iki ölkə arasındakı ortaq sərhədlərin imkan və fürsətlərindən iki xalqın xeyrinə istifadə edilməsinin vacibliyini vurğulayıb.
Sizin rəyiniz